Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ölkəsinin İsrail ilə münasibətləri ilə bağlı “Donald Tramp olmasaydı, İsrail məhv olmuşdu” deyib.
Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər portalına verdiyi müsahibədə prezident Tramp İsrail və İsrailin Baş naziri Binyamin Netanyahu ilə münasibətlərini qiymətləndirib.
Netanyahudan soruşsaydılar, bomba və silahlar da daxil olmaqla hər şeyə sahib olduqlarını deyəcəklərini bildirən Tramp “Donald Tramp olmasaydı, İsrail məhv olmuşdu” deyib.
Netanyahu ilə münasibətləri ilə bağlı Tramp “Münasibətlərimiz yaxşıdır, amma onları daha məqbul səviyyədə saxlamalıyıq” deyib.
İsrailin Livana hücumunun qarşısını ala biləcəyi soruşulduqda, Tramp “Bəli, edərəm. Mənə çox hörmət edirlər və dediklərimi edirlər” deyib.
E.ŞİRİNOV