Əsas məzmuna keç

Tramp: “Ermənistanla Azərbaycan arasında 35 illik münaqişəni bitirdim”

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə görüş keçirib.

“Tezadlar.az” xəbər verir ki, Tramp həmin görüşdə Ermənistanla Azərbaycan arasında barışığa dair səylərinə də toxunub.

ABŞ lideri bildirib ki, öz prezidentliyi dövründə artıq 6 müharibəyə son qoyub:

“Məsələn, Konqoda müharibə 30 ildən artıq davam edib. Bundan əlavə, ötən həftə Ermənistanla Azərbaycan arasında 35 il davam edən münaqişəni bitirdim. Bunlar iki möhtəşəm ölkədir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…