6 İyun 2025 / 19:08

Tramp əsəbləşib: “Mən ağlını itirmiş adamla niyə danışmalıyam?!”

ABŞ Prezidenti Donald Tramp İlon Mask ilə telefon danışığında maraqlı olmadığını bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Tramp ABC telekanalının jurnalistinin mümkün telefon danışığı ilə bağlı sualına əks-sualla cavab verib: “Ağlını itirmiş adamı nəzərdə tutursunuz? İndi onunla danışmaqda maraqlı deyiləm”. Tramp həmçinin qeyd edib ki, Mask özü ona zəng etmək istəyini ifadə edib.

Mask isə Trampın bu sözlərinə gülərək reaksiya verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!