Tramp HƏMAS-ı girov cəsədlərini qaytarmaqdan imtina etdiyinə görə hədələdi

ABŞ Prezidenti Donald Tramp sosial media platforması TruthSocial-da Fələstin hərəkatı HƏMAS-ı girovların cəsədlərini qaytarmaqdan imtina etdiklərinə görə cəza ilə hədələyib.

Tezadlar.az-ın məlumatına görə, o, vurğulayıb ki, əgər bu, 48 saat ərzində edilməzsə, Qəzza sülh müqaviləsində iştirak edən ölkələr tədbir görəcəklər.

“HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini ən qısa müddətdə qaytarmağa başlamalı olacaq, əks halda, bu böyük sülh müqaviləsində iştirak edən digər ölkələr tədbir görəcəklər”, – siyasətçi yazıb.

Tramp əlavə edib ki, bəzi cəsədlər giriş çətin olduğu üçün geri qaytarıla bilməz, digərləri isə qeyri-müəyyən səbəblərdən hələ də İsrailə təhvil verilməyib.

Bir müddət əvvəl Amerika lideri bildirib ki, Fələstin hərəkatı sülh müqavilələrini pozarsa, Yaxın Şərqdəki bəzi ABŞ müttəfiqləri Qəzza zolağına qoşun göndərməyə hazırdırlar.

E.ŞİRİNOV

Xəbəri paylaş