Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Avqust 2025 / 18:34

Tramp Hindistandan idxala əlavə 25% rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal edilən mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb Moskvaya sanksiya təzyiqlərinə baxmayaraq, Hindistanın Rusiya neftini almağa davam etməsidir.

Qərar “enerji təhlükəsizliyi prinsiplərinə əməl olunmasının təmin edilməsi” və “sanksiyalardan yayınmağa qarşı” ehtiyacla izah edilir.

Sənədə əsasən, ABŞ-nin Rusiyadan neft idxalına görə Hindistana tətbiq etdiyi tariflər, fərman imzalandıqdan 21 gün sonra gələn mallara şamil ediləcək.

Sənəddə vurğulanır ki, Hindistan Rusiyadan neftin əsas alıcısı olmaqda qalmaqla, Rusiyanın hərbi işğalçılıq siyasətini həyata keçirməsini maliyyələşdirməyə töhfə verir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!