ABŞ prezidenti Donald Tramp Hindistanın ticarət naziri Piyuş Qoyalı ticarət sazişi üzrə danışıqları yekunlaşdırmaq üçün gələn həftə Vaşinqtona səfərə dəvət edib.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə ABŞ-ın Hindistandakı səfiri vəzifəsinə namizəd Sercio Qor bildirib.
Diplomatın sözlərinə görə, tərəflər fəal danışıqlar aparır və sazişin yekun detallarını müzakirə edirlər. Hindistanlı nazirin ABŞ-ın ticarət danışıqları üzrə səfiri Jamison Greer ilə görüşü nəzərdə tutulub.
“Biz yekun razılaşmaya yaxınıq və sövdələşmənin yekun detallarını müzakirə edirik”, – Qor deyib.
Avqustun 27-də ABŞ Rusiya neftinin alınmasını dayandırmaqdan imtina etdiyi üçün Hindistandan gələn mallara 50% rüsum tətbiq edib. “The Guardian” yazır ki, onlar geyim, tekstil, qiymətli daşlar, ayaqqabı və mebellərə təsir edib. Hindistanın ABŞ-a ixracının təxminən 30%-ni təşkil edən yanacaq, elektronika və bir sıra dərmanlar üçün istisnalar edilib.
ABŞ prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Peter Navarro bildirib ki, Hindistanın artıq tətbiq edilən 50%-lik rüsumlara baxmayaraq, Rusiya neftini almağa davam etmək qərarı onu çaşdırıb.
E.ŞİRİNOV







