16 İyun 2026 / 07:12

Tramp: İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla əldə edilən razılaşmanın bir hissəsi olaraq, Tehran administrasiyası “heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb”.

Tezadlar.az bildirir ki, prezident Tramp sosial media hesabı vasitəsilə bu məsələ ilə bağlı açıqlama verib.

Tehran administrasiyasının ABŞ-İran razılaşmasının bir hissəsi olaraq “heç vaxt nüvə silahına sahib olmamağa razılaşdığını” qeyd edən Tramp əlavə edib: “Həmçinin, ABŞ-ın İrana 300 milyon dollar ödəməsi xəbəri Demokratlar tərəfindən uydurulmuş saxta xəbərdir”.

Fransada keçirilən G7 Zirvə Görüşündə iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə gələn Tramp Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada İranın nüvə silahına sahib olmamağa razılaşdığını bildirib.

Tramp deyib: “Əsas məqam bu idi, çünki onlarda nüvə silahı olsaydı, yəqin ki, onlardan istifadə edərdilər. Obamanın imzaladığı müqaviləni ləğv etməyim çox vacib idi, çünki bu, nüvə silahına aparan bir yol idi. Bu, ABŞ üçün dəhşətli bir razılaşma idi”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!