2 Mart 2026 / 06:37

Tramp İran ordusuna ultimatum verdi

ABŞ prezidenti Donald Tramp İran ordusuna ultimatum verdi.

Tezadlar.az xəbər verir ki, Amerika liderinin bəyanatı onun sosial media hesabı olan Truth Social-da yerləşdirilib.

O, İslam İnqilabı Keşikçiləri Korpusuna və hərbçilərə silahlarını yerə qoymağı tələb edən ultimatum verib. Əks halda, Ağ Ev lideri onları “qaçılmaz ölüm”lə hədələyib. Tramp həmçinin bildirib ki, ABŞ-ın İslam Respublikasına hücumları əməliyyatın bütün məqsədlərinə çatana qədər davam edəcək.

1 martda Tramp İrana qarşı əməliyyatın mümkün müddətini açıqladı. Onun sözlərinə görə, bu, təxminən dörd həftə çəkə bilər.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başladılar. Onun hədəfləri İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq obyektləri, aerodromlar, pilotsuz uçuş məntəqələri və hava hücumundan müdafiə sistemləri idi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!