15 May 2026 / 09:33

Tramp İrana qarşı tələblərindən birini piar hərəkəti kimi əsaslandırdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, zərbələrin vurduğu ərazilərdən İran uranının çıxarılması tələbi təhlükəsizlik səbəblərindən daha çox piar üçündür.

Tezadlar.az xəbər verir ki, “Bloomberg” onun sözlərini yayıb.

“Əslində, İran uranına sahib olsaydım, özümü daha yaxşı hiss edərdim… Amma düşünürəm ki, bu, hər şeydən daha çox piar addımıdır”, – deyə Amerika lideri bildirib.

Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın kameralar və digər kəşfiyyat vasitələrindən istifadə edərək İranın üç obyektini daim izlədiyini vurğulayıb.

Lakin Tramp nüvə obyektlərinin təkrar bombalanması ehtimalını da dilə gətirib.

“Biz oraya sadəcə bir neçə bomba atacağıq və bu qədər”, – deyə o bildirib.

Bir müddət əvvəl ABŞ prezidenti Çin prezidenti Si Cinpinin İran məsələsində kömək təklif etdiyini bildirib.

“O, “Kömək edə biləcəyim bir şey varsa, kömək etmək istərdim” dedi”, – deyə Ağ Ev rəhbəri bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!