Əsas məzmuna keç

Tramp İrana zərbə endirməyə hazırlaşır

ABŞ-nin yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Eyni zamanda, ABŞ-nin bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi də zərbəyə hazırlaşır.

Mənbələr bildiriblər ki, Amerika lideri Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində xeyli dəyişib. Mənbələrin məlumatına görə, senator Lindsi Qrem (Cənubi Karolinadan, ABŞ-dan olan respublikaçı – red.) Trampı fəal şəkildə Tehrana qarşı hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…