Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və İran arasında sülh müqaviləsindən sonra hər kəsin ağlında sual yaranır: Müharibəni kim qazandı?
Amerikanın “Washington Post” qəzeti müqavilənin Tramp üçün uğur olmadığını, sadəcə, müharibədən əvvəlki vəziyyətə qayıdış olduğunu yazıb.
“WASHINGTON POST”-DAN TƏƏCCÜBLÜ BİR TƏHLİL
“Tramp İrandakı rejimi devirmək istəyirdi. Amma o, yalnız Hörmüz boğazını açmağı bacardı.”
Tezadlar.az xəbər verir ki, Amerikanın “Washington Post” qəzeti Amerika ilə İran arasındakı müqaviləni bu şəkildə təhlil edib.
“YALNIZ MÜHARİBƏDƏN ƏVVƏLKİ VƏZİYYƏTƏ QAYIDILDI”
Müqavilənin müharibəyə son qoyacağı, lakin İrandakı liderlərin hakimiyyətdə qalacağı qeyd edilib. Müqavilənin yalnız müharibədən əvvəlki vəziyyətə qayıtdığı vurğulanıb.
Qeyd edilib ki, İran rejimi dünyanın ən güclü ordusunun hücumlarına tab gətirə bilib və Hörmüz boğazını bağlamaqla qlobal enerji bazarlarını iflic edib.
Həmçinin bildirilib ki, Tehran administrasiyası Trampı İsrailin Baş naziri Netanyahu ilə qarşılaşdıra bilib.
NÜVƏ PROQRAMININ TƏFƏRRÜATLARI
Başqa bir təhlildə “Washington Post” qəzeti İranın nüvə proqramına diqqət çəkib.
Trampın hər fürsətdə İranın nüvə silahına sahib olmayacağını bildirdiyi xatırladılıb, lakin Trampın qələbə elan etməsinə baxmayaraq, müqavilədə nüvə silahları ilə bağlı heç bir bəndin olmadığı vurğulanıb.
E.ŞİRİNOV