26 İyun 2026 / 22:07

Tramp İranı “atəşkəs razılaşmasını pozmaqda” günahlandırır

ABŞ prezidenti Donald Tramp İran dronlarının Hörmüz boğazından keçən bir tankeri hədəf aldığını iddia edərək bunu “atəşkəsin axmaqcasına pozulması” adlandırıb.

Tezadlar.az xəbər verir ki, prezident Tramp sosial media paylaşımında İranı atəşkəsi pozmaqda günahlandırıb.

Tramp Hörmüz boğazından keçən bir tankerin dörd İran dronunun hədəf aldığını və onlardan birinin tankerin yuxarı göyərtəsinə dəydiyini, lakin tankerin yoluna davam etdiyini bildirib.

O, digər üç dronun ABŞ ordusu tərəfindən vurulduğunu əlavə edərək deyib: “Aydındır ki, bu, atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!