2 İyun 2026 / 02:25

Tramp İranla razılaşmanın əldə edilməsi üçün vaxt qrafikini belə qiymətləndirdi

ABŞ prezidenti Donald Tramp “ABC”-yə verdiyi müsahibədə İranla razılaşmanın əldə edilməsi üçün vaxt qrafikini qiymətləndirərək, bunun gələn həftə ərzində əldə edilə biləcəyinə inandığını qeyd edib.

Tezadlar.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, hələ razılaşma əldə olunmasa da, vəziyyət yaxşı görünür. Həll olunmalı bir neçə məsələ qalıb, baxmayaraq ki, onlar Tehran üçün asan deyil.

“Əslində, bizim nöqteyi-nəzərimizdən də asan deyil. Amma biz borclu olduğumuzu alırıq”, – deyə Tramp əlavə edib.

Bir müddət əvvəl “Tasnim” xəbər agentliyi Livandakı vəziyyətin gərginləşməsi fonunda İranın ABŞ ilə danışıqları dayandırdığını bildirib.

Həmçinin bildirilib ki, İran İsrailə təzyiqi artırmaq üçün Hörmüz boğazını tamamilə bağlamaq və Bab əl-Məndəb boğazında hərbi əməliyyatları gücləndirmək niyyətindədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!