Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 07:48

Tramp kömür sənayesinə 700 milyon dollar ayrıldığını elan edib

ABŞ Prezidenti Donald Tramp federal büdcədən kömür sənayesinin inkişafı və dəstək üçün təxminən 700 milyon dollar maddi vəsaitin ayrıldığını elan edib.

Tezadlar.az-ın məlumatına görə, o, bu barədə Oval kabinetdə müvafiq planı təqdim edərkən bildirib.

“Bu gün təmiz və keyfiyyətli kömürlə bütün amerikalılar üçün enerji qiymətlərini və yaşayış xərclərini azaltmaq üçün tarixi addımlar atırıq”, – Tramp deyib.

Onun sözlərinə görə, Çin də daxil olmaqla, dünyanın bir çox böyük iqtisadiyyatı kömür enerjisindən fəal şəkildə asılı olmağa davam edir.

Plana əsasən, yaxın illərdə bağlanmaq təhlükəsi ilə üzləşən 13 kömürlə işləyən elektrik stansiyasının modernləşdirilməsi və istismar müddətinin uzadılması üçün 425 milyon dollar ayrılacaq.

Daha 75 milyon dollar Kaliforniya ştatının Oklend şəhərindəki “West Gateway” ixrac terminalının tikintisi üçün dollar ayrılıb.

Bundan əlavə, Alyaska və Qərbi Virciniyada yeni kömürlə işləyən iki elektrik stansiyasının tikintisi üçün 185 milyon dolların ayrılması planlaşdırılır. Bunlar 2013-cü ildən bəri ABŞ-də tikilmiş ilk belə obyektlər olacaq.

Vəsaitin bir hissəsi həmçinin Merilenddə bağlanmış kömürlə işləyən elektrik stansiyasını yenidən işə salmağı planlaşdıran enerji şirkətinə gedəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!