14 Mart 2026 / 20:40

Tramp: Nə olursa-olsun, tezliklə Hörmüz boğazını açacağıq

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından keçidin mümkün qədər tez, nəyin bahasına olursa-olsun, bərpa olunacağını bildirib və əlavə edib ki, onlar İran sahil xəttini hədəf alacaq və İran gəmilərini batırmağa davam edəcəklər.

Tezadlar.az xəbər verir ki, prezident Tramp özünün Truth Social platformasında Hörmüz boğazı ilə bağlı yeni açıqlamalar verib. Tramp deyib: “Bir çox ölkə Hörmüz boğazını açıq saxlamaq üçün ABŞ ilə əməkdaşlıq çərçivəsində bölgəyə hərbi gəmilər göndərəcək”.

Tramp paylaşımında ABŞ qüvvələrinin əməliyyat təzyiqini artıracağını bildirib və deyib: “Biz Amerika sahil xəttini viran qoyacağıq və İran gəmilərini dənizdə batırmağa davam edəcəyik”. O, Hörmüz boğazının, şəraitdən asılı olmayaraq, mümkün qədər tez “açıq, təhlükəsiz və azad” ediləcəyini iddia edib.

İranın hərbi imkanlarının əsasən zərərsizləşdirildiyini iddia edən Tramp boğazdakı məhdudiyyətlərdən təsirlənən Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Birləşmiş Krallıq kimi ölkələrə müraciət edib. Tramp bu ölkələrin ABŞ ilə koordinasiyalı şəkildə bölgəyə hərbi gəmilər göndərməli olduqlarını bildirərək, çoxmillətli bir qüvvənin İrandan gələn təhdidləri tamamilə aradan qaldıracağını iddia edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!