Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2026 / 14:00

TRAMP-NETANYAHU İTTİFAQI UĞURSUZLUĞA DÜÇAR OLDU?

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-İran razılaşmasından sonra ilk dəfə danışdı. Netanyahu deyib: “İsrail mövcud olduğu müddətcə İranın nüvə silahı olmayacaq”.

Tezadlar.az xəbər verir ki, o, həmçinin razılaşmaya baxmayaraq, Livanın cənubundakı hərbi bufer zonalarından geri çəkilməyəcəklərini bildirib.

NETANYAHU: MƏN PREZİDENT OLDUĞUM MÜDDƏTDƏ BU BAŞ VERMƏYƏCƏK

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-İran razılaşması ilə bağlı sükutu pozub. O, müharibənin əbəs olmadığını və İranın artıq nüvə silahına sahib olmayacağını iddia edib: “On illərdir ki, İranın nüvə silahı ilə silahlanmaq səylərinə qarşı mübarizə aparıram. Bunu həyatımın missiyası kimi təsvir edə bilərəm. Bu günə qədər bu mövqeyimdə qalmışam və gələcəkdə də buna sadiq qalacağam. Razılaşma ilə və ya olmadan İranın nüvə silahı olmayacaq. Bu gün yox, sabah yox. İsrailin Baş naziri olduğum müddətcə bu baş verməyəcək.”

“BİZ BƏZƏN RAZILAŞMAYAN TƏRƏFDAŞLARIQ”

Jurnalistlərin “Müharibənin əvvəlində Tehran rejimini devirəcəyinizi demişdiniz. Onlar hələ də hakimiyyətdədirlər. Harada səhv etdiniz?” sualına cavab olaraq, o, heç bir səhv etmədiyini bildirib.

İsrailin Baş naziri bildirib ki, o və ABŞ prezidenti Donald Tramp ortaq maraqları bölüşürlər, lakin bəzən fikir ayrılığına düşürlər: “ABŞ-da deyirlər ki, prezident Tramp mənim istədiyim hər şeyi edir; bizim ölkəmizdə isə əksini deyirlər ki, mən onun istədiyi hər şeyi edirəm. Beləliklə, heç biri doğru deyil. Bunlar bir-birini çox yaxşı tanıyan, tez-tez razılaşan, bəzən isə razılaşmayan tərəfdaşların münasibətləridir. Bu, hətta ən yaxşı ailələrdə belə olur və deyə bilərəm ki, fəaliyyətimiz üçün müəyyən parametrlər müəyyən edirəm və biz onları həyata keçiririk.”

“LAZIM OLDUĞU QƏDƏR LİVANDA QALACAQ”

Netanyahu Livanın cənubu, Qəzza və Suriyada yaratdıqları hərbi bufer zonalarından qətiyyən geri çəkilməyəcəklərini bəyan edib: “İkincisi, Livanla bağlı; orada bir bufer zonası, təhlükəsizlik dəhlizi yaratdıq və lazım olduğu qədər orada qalmağa davam edəcəyik. İran bizim geri çəkilməyimizi istədi, amma bu baş vermədi. Bilirsinizmi, digər səbəblərlə yanaşı, niyə bu baş vermədi? Çünki mən çox, çox qətiyyətli idim. Bu məsələdə çox, çox qətiyyətli idim və inanıram ki, amerikalı dostlarımız bu qətiyyətə, bu mövqeyə və bu təkidə hörmətlə yanaşırdılar. Biz orada qalırıq, çünki şimaldakı sakinləri qorumalıyıq.”

Baş nazir Netanyahu tənqidlərin kölgəsində ümumi seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini də açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!