21 Mart 2026 / 08:01

Tramp niyə İranla atəşkəsdən imtina etdi?

İran hakimiyyəti vəziyyətdən çıxış yolu kimi atəşkəsə razılaşsa da, İsrail və ABŞ bundan imtina edir… Beləliklə, ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs razılaşması istəmədiyini açıqlayıb. Tezadlar.az Haber- Türk- ə istinasla xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən danışıb. Tramp bu fikrini ABŞ-ın İranı artıq yerlə-yeksan etdiyi üçün buna ehtiyac duymaması ilə əsaslandırıb. Tramp onu da bildirib ki, İran müharibəni hərbi baxımdan uduzub və hazırda yalnız Hörmüz boğazını tıxamaqla məşğuldur. ABŞ prezidenti qeyd edib ki, boğazın açılması sadə bir hərbi manevr olardı. Amma bunun üçün çoxsaylı gəmilərdən istifadə lazım olacağına görə digər ölkələrin də yardımı tələb olunacaq.

Beləliklə, İranda faktiki rəhbərliyin də kim olduğu bəlli deyil. Çünki hərbi və dini rəhbərlikdəkilər bir- bir öldürülür…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!