Vaşinqton və Ottava arasında ticarət mübahisələri fonunda Ağ Ev prezidenti Donald Tramp xəritədə Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu məlumat onun TikTok-da paylaşdığı videoda görünür.
ABŞ prezidenti videoda bildirib ki, “Deməli, bu, Kanadada və ABŞ-da Ontario gölüdür, amma biz kiçik bir dəyişiklik edəcəyik. Biz ona Ontario deməyəcəyik, başqa bir şey deyəcəyik. Biz ona Amerika gölü deyəcəyik və bunun üçün yaxşı qələm və bir az ixtiraçılıq lazımdır”.
Sonra siyasətçi çap olunmuş xəritəni götürür və əlini yelləyərək su hövzəsinin köhnə adının üstündən xətt çəkir və yerinə böyük hərflərlə “Amerika gölü” yazır.
“Ontario gölü artıq Amerika gölü deyil. Beləliklə, indi bizim bir gölümüz və bir körfəzimiz var, çünki indi bizim Amerika körfəzimiz var. Hamınıza çox təşəkkür edirəm. Amerika gölünün dadını çıxarın”, – deyə Amerika lideri yekunlaşdırıb.
24 avqustda Donald Tramp 2027-ci ilin yanvar ayından etibarən Kanadadan idxal edilən bütün avtomobillərə, yük maşınlarına, avtomobil ehtiyat hissələrinə və polada 50 faizlik tarif tətbiq olunacağını elan edib. O, Ottavanın illərdir Vaşinqtonu “gözdən saldığını” iddia edib.
ELBAR







