20 Aprel 2026 / 22:14

Tramp Papa ilə İranla mübarizə aparmağın vacibliyindən danışıb

İranın nüvə silahı əldə etməsi katoliklər də daxil olmaqla milyonlarla insanı təhdid edir.

Tezadlar.az xəbər verir ki, “The New York Post” (NYP) qəzetinin sitat gətirdiyinə görə, Donald Tramp bu barədə Papa Leo XIV ilə söhbətində danışıb.

“Mən Papaya dedim ki, İrana nüvə silahı əldə etməyə icazə verilə bilməz, çünki onlar nüvə silahından istifadə edəcəklər və milyonlarla insan, o cümlədən italyanlar və katoliklər dünya üzrə öləcək”, – deyə NYP qəzeti bildirib.

Bir müddət əvvəl İslam Respublikasının Ali Liderinin müşaviri Məhəmməd Moxber Tehranın Vaşinqtona “son cəza, regiondan kənara çıxa biləcək və gələcək dünya nizamını dəyişdirəcək bir cavab” ilə cavab verəcəyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!