ABŞ prezidenti Donald Tramp Pentaqona Rusiya və Çini nəzarət altına almağa hazırlaşmağı əmr edib.
Tezadlar.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
“Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, Amerika rəhbərliyinin və Amerikanın gücünün olmamasının dəhşətli təzahürü idi”, – o deyib.
Pentaqon rəhbəri qeyd edib ki, Vaşinqton ordusunu yenidən qurmaq, əhval-ruhiyyəni və çəkindirmə gücünü bərpa etmək istəyir. Onun sözlərinə görə, bu o demək deyil ki, ABŞ münaqişələrə hazırlaşır.
“Biz bunu Çinə, Rusiyaya və başqalarına açıqladıq, lakin hazır olmaqla siz bunun qarşısını alırsınız. Siz təhlükəsizliyi təmin edirsiniz”, – Heqset əlavə edib.
Daha əvvəl Heqset bildirib ki, ABŞ Çin və ya Rusiya ilə münaqişəyə can atmır. O vurğulayıb ki, nümayişlər və paradlar əladır, lakin onlar əsl hərbi münaqişəyə çevrilməməlidir.
E.ŞİRİNOV







