Zelenskinin Trampla telefon danışığında bir çox Avropa rəsmiləri iştirak edib
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə Air Force One təyyarəsində uzun müddət telefon danışığı olub.
Tezadlar.az bildirir ki, bu barədə “Sky News” Ağ Evin bəyanatına istinadən xəbər verir.
Ağ Ev həmçinin bildirib ki, Tramp Zelenski ilə danışdıqdan sonra NATO liderləri ilə telefonla danışıb.
Eyni zamanda, “Clash Report” xəbər verir ki, Tramp Zelenski və Avropa liderləri ilə saat yarımdan çox danışıb və Putinlə görüşü barədə onlara məlumat verib.
Həmçinin, “Clash Report”-a görə, jurnalist Oliver Kerroll liderlərin üçtərəfli görüşündən əvvəl hava atəşkəs haqqında ilkin razılığın olduğunu bildirir.
“Suspilne”-nin məlumatına görə, Zelenski ilə Tramp arasında keçirilən telefon danışığında Avropa Komissiyasının rəhbəri fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb, Polşa prezidenti Karol Navroçki, Böyük Britaniyanın baş naziri Key Starmer, NATO-nun baş katibi Mark Rutte, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.
E.ŞİRİNOV

