Əsas məzmuna keç

Tramp Rusiya uranı və gübrələrinin idxalından danışıb

ABŞ prezidenti Donald Tramp Ağ Evin tarifləri qaldıracağı ilə hədələməsindən sonra Hindistan tərəfinin danışdığı ABŞ-ın Rusiyadan uran və gübrə idxalı barədə heç nə bilmədiyini deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən bu barədə heç nə bilmirəm. Yoxlamalıyam və biz bu məsələyə qayıdacağıq”, – Tramp deyib.

Bundan əvvəl Tramp Amerika bazarına çıxarılan Hindistan mallarına tətbiq edilən rüsumları tezliklə əhəmiyyətli dərəcədə artıracağı ilə hədələyib. Bu, Hindistanın Rusiya neftinin böyük alışına cavab olardı.

Hindistan ABŞ-ın hücumlarını əsassız adlandırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…