11 İyun 2026 / 06:37

Tramp: Saziş imzalanmasa, sabah yenidən bombalayacağıq

ABŞ prezidenti Donald Tramp İrana hücumlarla bağlı bildirib ki, “Bombardman tezliklə başa çatacaq. İranlılar anlaşma memorandumunu imzalamasalar, sabah yenidən bombalayacağıq”.

Tezadlar.az xəbər verir ki, “Fox News”-un məlumatına görə, Tramp bu açıqlamaları Ağ Evdəki Vəziyyət Otağından İrana qarşı yeni hücumlarla bağlı verib.

Tramp bildirib ki, İran daxilindəki hədəfləri vurmaq üçün 49 Tomahawk raketindən istifadə edilib və bunlardan bəziləri paytaxt Tehrandan təxminən 65 kilometr aralıda olub.

Tramp ABŞ döyüş təyyarələrinin İran hava məkanında uçduğunu və ölkənin cənub-qərb bölgələrində radar və hava hücumundan müdafiə sistemlərini məhv etdiyini bildirib.

O, “İranın yüksək vəzifəli rəsmilərinin ona zəng edib bombardmanı dayandırmalarını istədiklərini” söyləyib və hücumların tezliklə dayandırılacağını əlavə edib.

İran sazişi imzalamasa, Tramp vulqar bir ifadə ilə vurğulayıb ki, əgər onlar sazişi imzalamasalar, sabah çox “ciddi” şəkildə bombalanacaqlar.

Tramp həmçinin iddia edib ki, bu, dünyada ən çox pozulan atəşkəsdir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!