Əsas məzmuna keç

Tramp: Şimal dənizində hasilatdan imtina “dəlilikdir”

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsinin tamamilə dəlilik olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.

“Avropanın enerjiyə ehtiyacı var, bununla belə, Böyük Britaniya dünyanın ən böyük yataqlarından biri olan Şimal dənizində neft hasil etməkdən imtina edir. Faciəvidir!!!”, – o yazıb.

Tramp qeyd edib ki, guya Norveç nefti, o cümlədən Böyük Britaniyaya ikiqat qiymətə sataraq əhəmiyyətli gəlir əldə edir.

“Onlar böyük sərvət qazanırlar. Şimal dənizində Norveçdən daha əlverişli mövqedə yerləşən Böyük Britaniya hasil etməlidir!!! Onların bunu etməməsi tamamilə dəlilikdir… Və daha heç bir külək elektrik stansiyası da olmasın!”, – o əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…