ABŞ prezidenti Donald Trampın Vladimir Zelenskini tənqid etməsindən sonra ukraynalılar ABŞ-ın Kiyevdəki səfirliyi qarşısında aksiya keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yerli Telegram kanallarına istinadən yazır.
“Görünür, onlar Trampın Zelenskini tənqid edən son açıqlamalarına və ABŞ-ın Rusiya ilə danışıqlarına belə reaksiya verirlər”, – deyə təqdim olunan görüntülərdə qeyd olunub.
Videogörüntülərdə şaxtalı bir səhər səfirlik binasının qarşısında dayanan 30-a yaxın adam görünür. Adamlardan birinin yanında Ukrayna bayrağı, digərində isə Amerika bayrağı var.
Bundan əvvəl ABŞ prezidenti Zelenskini Ukraynada səsvermə təşkil edilərsə, ölkəsini itirə biləcək “seçkisiz diktator” adlandırmışdı. Bundan əlavə, Ağ Ev rəhbəri bəyan edib ki, ukraynalı siyasətçi ABŞ-ı qalib gəlmək mümkün olmayan müharibəyə sürükləyib. Tramp əlavə edib ki, ABŞ olmadan Zelenski heç vaxt Rusiya ilə sülh danışıqları apara bilməyəcək.
Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ilə sülh müqaviləsinin imzalanması yalnız Ukrayna hökumətinin qanuni nümayəndələri tərəfindən mümkündür. Lakin Vladimir Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatıb və Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən heç vaxt seçkilər keçirilməyib.
ELBAR