13 İyun 2026 / 20:34

Tramp-Zelenskinin G7 sammiti çərçivəsində görüşü hələ təsdiqlənməyib

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski iyunun 16-da Yeddilik Qrupunun (G7) sammitinin işgüzar görüşündə iştirak edəcəklər, baxmayaraq ki, bu mərhələdə rəsmi ikitərəfli görüş planlaşdırılmır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Zirvə görüşü 15-17 iyun tarixlərində Fransanın Evian (Haute-Savoie) şəhərində keçiriləcək. “Politico”-nun xəbər verdiyi kimi, Fransa prezidenti Emmanuel Makron Trampın rəğbətini qazanmaq və onun görüşü vaxtından əvvəl tərk etməməsini təmin etmək üçün yollar axtarır. Xüsusilə, Paris Versal Sarayında Tramp üçün xüsusi şam yeməyi təşkil etməyi düşünür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!