Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 14:46

Trampdan 2020-ci ildəki İranla bağlı tviti barədə soruşulub…

ABŞ prezidenti Donald Tramp nəhayət 2020-ci ildə sosial media hesabında paylaşdığı tvit barədə soruşulub. 2020-ci ildə o, “İran heç vaxt müharibəni qazanmayıb, amma danışıqlarda da heç vaxt uduzmayıb” deyib. Əslində, Trampın altı il əvvəl verdiyi bu açıqlama bəlkə də 28 fevral İran müharibəsinin xülasəsidir.

Tezadlar.az xəbər verir ki, Tramp sualı belə cavablandırıb:

“İRAN MÜHARİBƏNİ QAZANMAYIB, AMMA HƏMİŞƏ DANIŞIQLARDA QAZANIB”

ABŞ prezidenti Donald Trampdan sosial mediada 2020-ci ildə etdiyi tvit haqqında soruşulub: “İran heç vaxt müharibəni qazanmayıb, amma danışıqlarda da heç vaxt uduzmayıb”. Tvit xatırladıldıqda Tramp “Düşünürdüm ki, belə deyəcəksiniz” deyə cavab verib.

“İRAN HƏRBİ CƏHƏTDƏN UDUZUB”

Bir jurnalist İranla razılaşmanın ABŞ-ın qələbəsi olduğunu Amerika xalqına necə izah edəcəyini soruşduqda, Tramp “Onlar hərbi cəhətdən uduzublar” deyib.

Tramp nə etməsindən asılı olmayaraq tənqid olunacağını iddia edərək əlavə edib ki, əməliyyatlar bir neçə həftə daha davam edərsə, müharibəni lazımsız yerə uzatdığına görə tənqidlərlə üzləşəcək.

Tramp həmçinin bəzi media qurumlarını hədəfə alaraq iddia edib ki, İran tamamilə təslim olsa belə, bu qurumlar yenə də Tehranın qalib gəldiyini iddia edəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!