26 Noyabr 2025 / 13:10

Trampdan Putinə son mesaj: “Rusiyanın ən böyük güzəşti müharibəni dayandırmasıdır”

ABŞ prezidenti Donald Tramp, Ukraynaya qarşı Rusiyanın təcavüzünü dayandırmaq istəyi kontekstində işğalçı ölkənin ən böyük güzəştinin sadəcə döyüşü dayandırmaq olacağını bildirib. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, ABŞ prezidenti birbaşa çıxışında deyib: “Onların (rusların – red.) ən böyük güzəşti döyüşü dayandırması və daha çox torpaq ələ keçirməməsidir.”
Zəruri qeyd:  Ukraynanın dinc həll üçün hansı mümkün ərazi güzəştlərinə gedə biləcəyi barədə soruşulduqda, Tramp Ukraynanın hazırda müharibəni dayandırmaq üçün danışıqlar apardığını söyləyib: “İndi hadisələrin necə inkişaf etdiyinə baxsanız, hər şey bir istiqamətdə irəliləyir. Beləliklə, bu torpaq bir neçə ay ərzində Rusiyanın ola bilər. Deməli, döyüşüb daha 50.000 və ya 60.000 insanı itirmək istəyirsiniz? Yoxsa indi nəsə etmək istəyirsiniz? Bəzi hallarda vəziyyət əks istiqamətdə də irəliləyir. Onlar danışıqlar aparırlar, bunu bitirmək istəyirlər… Gözləyək…”.

Tramp bu əsəbi çıxışı ilə bir daha izah etməyə çalışıb ki, hazırda həm Ukrayna, həm də Rusiya üçün sınaq anıdır, ortaq məxrəc tapıb müharibəni dayandırmaq gərəkdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!