Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyul 2026 / 16:45

Trampdan son hədə: “İran danışıqlara qayıtmasa…”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran danışıqlar masasına qayıtmayacağı təqdirdə, ABŞ gələn həftə ölkənin körpüləri və elektrik stansiyalarına zərbələr endirəcək. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. “Sabah axşam onlara çox güclü zərbə endirəcəyik. Növbəti gecə də çox güclü zərbələr olacaq. Gələn həftə isə onlar üçün daha pis olacaq, çünki növbə elektrik stansiyalarına çatacaq. Sonra isə körpülər vurulacaq. Əgər danışıqlar masasına oturub müzakirələrə başlamasalar, onların bütün elektrik stansiyalarını və bütün körpülərini məhv edəcəyik”, – deyə Tramp bildirib. ABŞ prezidenti qeyd edib ki, qarşılıqlı anlaşma memorandumunun pozulmasından sonra artıq dördüncü gündür davam edən hücumlar kifayətdir deyənə qədər davam edəcək. Tramp eyni zamanda İrana quru qoşunlarının göndərilməsi ehtimalını da istisna etməyib. Bununla belə, o, belə bir addımı atmaq istəmədiyini vurğulayıb: “Bəzən quru əməliyyatı zəruri olur. Amma mən bunu etmək istəmirəm. Bizim əvəzimizə bu quru əməliyyatını həyata keçirəcək başqa qüvvələr var”, – deyə Tramp bildirib. Qeyd edək ki, ABŞ prezidenti həmin qüvvələrin hansı ölkəl

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!