17 Aprel 2026 / 12:21

Trampın ən yaxın müttəfiqləri ondan uzaq durmağa qərar veriblər

ABŞ prezidenti Donald Trampın ən yaxın Avropa müttəfiqləri Macarıstanın Baş naziri Viktor Orbanın respublikanın parlament seçkilərində məğlubiyyətindən sonra ondan uzaqlaşmağa başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Fransalı siyasətçi Marin Le Pen Milli Ralli partiyasındakı həmkarlarına görüş zamanı deyib: “Biz məsafə saxlamalıyıq”.

Jurnalın məlumatına görə, Amerika lideri Avropada “o qədər siyasi cəhətdən zəhərli” olub ki, hətta ən yaxın ideoloji müttəfiqləri belə “onu getdikcə daha çox məsuliyyət kimi görürlər”.

14 apreldə “Bloomberg” Avropa Birliyi (AB) ölkələrindəki ifrat sağçıların Orbanın seçkilərdəki məğlubiyyətindən sonra Trampa münasibətlərini yenidən nəzərdən keçirdiklərini bildirib. Xüsusilə, Milli Ralli-nin vitse-prezidenti Lui Aliot hər bir ölkənin öz milli maraqlarını müdafiə etməli olduğunu və “Fransanın maraqlarının həmişə ABŞ-ın maraqları ilə üst-üstə düşmədiyini” bildirib.

Macarıstan seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar Budapeştin Moskva ilə praqmatik münasibətləri davam etdirəcəyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putindən zəng almağa hazırdır, lakin əvvəlcə zəng etməyi planlaşdırmır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!