Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın İranla yaxınlaşan razılaşmanı açıqlaması İsrailin baş naziri Binyamin Netanyahunu çaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” bir mənbəyə istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Netanyahunun əvvəlcədən xəbərdarlığı yox idi və Tramp razılaşma (İranla – red.) haqqında ilkin açıqlamasını açıqlayanda çaşqınlıq yarandı”.
Bu, Amerika liderinin 11 iyunda Truth Social sosial media platformasında paylaşdığı mesaja aiddir. Həmin mesajda Tramp cümə axşamı İrana planlaşdırılan hava hücumlarının ləğv olunduğunu elan edib. Ağ Ev rəhbəri qeyd edib ki, bu qərarı İran liderləri ilə danışıqlardan sonra verib.
Həmin gün Tramp həmçinin İranla sülh razılaşmasının son bəndlərinin razılaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, onlar danışıqlar prosesində iştirak edən bütün tərəflər, o cümlədən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə tərəfindən təsdiqlənib.
E.ŞİRİNOV