Əsas məzmuna keç

Trampın keçmiş müşaviri Zelenski ilə yeni mübahisəni etiraf edib

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə açıq mübahisəsini təkrarlaya bilər.

Tezadlar.az xəbər verir ki, bunu “ABC News”-a müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

“Putinin planını müzakirə etdikdən sonra Zelenski elə vəziyyətə düşəcək ki, ona Tramp üçün çox əlverişli nəsə təklif olunacaq”, – Trampın keçmiş müşaviri etiraf edib.

Bolton qeyd edib ki, Putin Alyaskadakı görüşlə ikitərəfli münasibətlərdəki problemləri aradan qaldırmağa çalışacaq. Onun sözlərinə görə, Trampla Putin arasında münasibətlər “yuxarı və aşağı olub”. Keçmiş Ağ Ev rəsmisi həmçinin bildirib ki, Rusiya və Amerika liderlərinin sammiti “Kiyev üçün çox risklidir”.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Putinlə Tramp arasında baş tutacaq görüşün mümkün nəticələrini açıqlamışdı. Alyansın baş katibinin fikrincə, ərazilərin mübadiləsi məsələsi “gündəmdə olmalıdır”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…