Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əvvəlki Amerika liderlərindən fərqli olaraq, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərində sərt gücdən istifadə edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Məqalədə deyilir: “Əvvəlki ABŞ prezidentləri Baş nazir Benyamin Netanyahunun əl-qolunu bağlamağa çalışanda, İsrail lideri tez-tez ABŞ siyasətindəki fikir ayrılıqlarından istifadə edərək Vaşinqtonda daha mehriban münasibət axtarır və ona tətbiq olunan məhdudiyyətlərdən azad olurdu”.
Lakin ABŞ Demokrat Partiyası hazırda İsrail liderinə demək olar ki, heç bir rəğbət bəsləmir. Məhz buna görə də Tramp onunla münasibətlərində sərt gücdən istifadə edir.
Ağ Evin hazırkı rəhbəri “başqa heç bir prezidentin onilliklər ərzində nümayiş etdirmədiyi İsrail üzərində sərt güc səviyyəsini nümayiş etdirir”. Bazar ertəsi günü o, Netanyahunu artıq başlayan İrana hücumu dayandırmağa məcbur edib və əks halda, Tehrana qarşı “təkbaşına” dayanacağını söyləyib.
Netanyahu ölkə daxilində əlavə təzyiqlə üzləşir. İsraillilər onu ABŞ təzyiqinə müqavimət göstərməyə və Livanda hərbi əməliyyatları davam etdirməyə çağırırlar.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl xalqa müraciət edərək Livanın “Hizbullah” hərəkatı və İranla qarşıdurmanın bitmədiyini bildirmişdi. O, yəhudi dövlətinin öz ərazisinə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.
E.ŞİRİNOV