Trampın üzü çöndü: Rusiyaya qarşı sanksiyalar sərtləşir

Oxunma sayı: 25

Ukrayna ilə sülh razılaşmasından dolayısı ilə imtina edən Rusiya yenidən ABŞ İLƏ MÜNASİBƏTLƏRİNDƏ problemlər yaşamaqdadır. Tezadlar.az Haber- Türk-ə istinadla bildirir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə qərar verib. Məlum olur ki, Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırmaqdadır. məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.

Maraqlıdır, ötən həftə mehribanlaşaraq müharibənin dayandırılmasında ortaq məxrəcə gələn Trampla Putinin münasibətlərinin müddıti elə bu qədərmiş?! Rusiya mediasının yazdığına görə, ötən gün Belorus prezidenti Lukaşenko ilə görüşən Putin atəşkəsin olacağı barədə dəqiq söz demədi. Amma onun əvəzinə Lukaşenko bildirdi ki, Rusiya Ukrayna rəhbərliyinə inanmır və guya Zelenski 1 aylıq atəşkəsdən silahlanıb güc toplamaq üçün istifadə edəcək və s.

A.Məmmədli

Xəbəri paylaş

18 Aprel