Trampın “Zelenski şousu” bitdi: yalançı Tramp tamahkar Rusiyanı necə aldatdı?

Oxunma sayı: 82

Zelenskini yola gətirməsindən sevinən ABŞ prezidenti Donald Tramp ötən gün deyib ki, ölkədə nadir torpaq metallarının hasilatının genişləndirilməsi ilə bağlı tarixi qərar bu həftə veriləcək. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə o, Konqresdəki çıxışında danışıb. Tramp həmçinin bir sıra kritik mineralların hasilatını və istehsalını genişləndirməyi planlaşdırır.

Onun sözlərinə görə, bu, milli təhlükəsizliyi gücləndirmək, Çin və digər ölkələrdən idxaldan asılılığı azaltmaq üçün lazımdır.

Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən ölkədəki münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bildirən məktub aldığını bildirib: “Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda deyilir ki, Ukrayna uzunmüddətli sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Qeyd olunub ki, Zelenski və komandası uzunmüddətli sülhə nail olmaq üçün Trampın güclü rəhbərliyi altında işləməyə hazırdır. Zelenski öz məktubunda ​​Ukraynanın istənilən vaxt resurslarla bağlı saziş imzalamağa hazır olduğunu da bildirib.

XXX

Azərbaycan atalar sözündə deyildiyi ki: ayının min oyunu(Trampdan uzaq) bir armudun başında imiş! Deməli, bütün bu hoqqalar resursları həm Ukraynanın, həm də Rusiyanın əlindən alınmasına hesablanıbmış!

Ən vacibi, Azərbaycan atalar sözünün birində deyilir: “Yalançı tamahkarı aldatdı!”. Daha dəqiq desək, Rusiyanın müharibə etməkdə məqsədi təkcə NATO bəhanəsi deyildi… Putin həm də Avropaya və ABŞ- a demək istəyirdi ki, Sovetlər dönəmində olduğu kimi, indi də Ukraynanın sərvətləri və özü Rusiyaya məxsusdur. Tramp isə Putini aldadıb “Zelenski şousu”nu təşkil edib sonradan Zelenski ilə əməkdaşlığa girdi…

Sizcə, bu teatral sənhə oyunu deyildimi?!

A.Məmmədli

Xəbəri paylaş