Trampın Zelenski və Avropa liderləri ilə Ağ Evdəki görüşündə mühüm qərarlar

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüş dünyanın diqqətindədir. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında Vaşinqtonda keçirilən görüş mətbuata qapalı formatda keçib. Qapalı görüşdən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı və ABŞ Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri hazırlayacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri 7-10 gün ərzində hazırlanacaq. O həmçinin bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib.
Qeyd edək ki, ötən gecə Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların aparılmasını dəstəkləyiblər.

Xəbəri paylaş