Trampın Zelenskiyə qeyri-adi təzyiq üsulu məlum olub

Ağ Evin Oval kabinetində ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin oturduğu masa ilə üzbəüz Ukraynanın itirilmiş əraziləri olan böyük xəritəsi açılıb.

Tezadlar.az xəbər verir ki, BBC qeyri-adi təzyiq üsulu haqqında məlumat yayıb.

İddia olunur ki, ölkənin şərq hissəsi xəritədə çəhrayı rənglə vurğulanıb – bu bölgələrə Rusiya Silahlı Qüvvələri nəzarət edir. Jurnalistlər Oval kabineti tərk etdikdən sonra xəritə nümayiş etdirilib.

Qeyd olunur ki, bu, Ukrayna münaqişəsində qüvvələr balansının xatırladılmasına çevrilib. Kanal vurğulayır ki, bu vasitə Trampa Zelenskiyə təzyiqi artırmağa imkan verə bilər ki, o, bu ərazilərlə bağlı iddialarından əl çəksin və sülh sazişi bağlasın.

Bundan əvvəl Tramp Ukraynanın NATO-ya üzv olmayacağını bildirmişdi. O, bunun Rusiya prezidenti Vladimir Putindən çox əvvəl müzakirə olunduğunu vurğulayıb.

E.ŞİRİNOV

 

Xəbəri paylaş