Əsas məzmuna keç

Tuapsedəki dəniz terminalında baş verən yanğın tamamilə söndürülüb

Tuapsedəki (Rusiya) dəniz terminalında baş verən yanğın söndürülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə yerində 143 nəfər çalışır, 25 ədəd texnika cəlb edilib.

Qeyd edək ki, Tuapse dəniz terminalının ərazisində yanğın mayın 1-də Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində baş verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…