Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vahid ƏZİZ
TURAN NƏĞMƏSİ…
Əksimiz eynidir vaxt aynasında,
Tale yollarıyla qoşa gedirik.
Əyilməz, yenilməz Türk dünyasında,
Hamımız eyni bir soy-kökə şərik!
Özbək də, Türkmən də, Qazax da biz də,
Qardaşıq-torpaq da, daş da eynidir.
Eyni bir amal var qəlblərimizdə,
Gözlərdə sevinc də, yaş da eynidir.
Eyni bir beşikdə yırğalanaraq,
Boy atıb – böyüyüb bar gətirmişik.
Dünyaya, ən sağlam millət olaraq,
İsmət gətirmişik, ar gətirmişik!
Bir yanı Gündoğan, bir yanı – Batı,
“Şumerli” yazılar izlərimizdə.
Savaşda – “Cəngilər”, sülhdə – “Bayatı”,
Kəsərli səsimiz, sözlərimiz də.
Keçdi ömrümüzdən qanlı savaşlar,
Hər tərəf doğmalar uyuyan qəbir!
Bizi illər boyu ayrı salanlar,
Bilməyib- qanımız, canımız da bir!
15.10.2023.