Əsas məzmuna keç

Turist xanım “Atəşgah” restoranının onlara kələk gəldiyini açıqlayıb – VİDEO

Bakıya istirahətə gələn turist “Atəşgah” restoranından şikayət edib. 

Tezadlar.az  xəbər verir ki, Janna Metelitsa adlı qız hesabın şişirdildiyini bildirib.  O deyib ki, menyuda göstərilən qiymətlərlə sonda gələn hesab fərqli olub. Hesabda qiymət ikiqat baha göstərilib.

Turist xanım əlavə edib ki, onların yanında Azərbaycan dilində danışan yoldaşları da olub və  ofisiantdan hesabın menyudakı qiymətlərə uyğunlaşdırılmasını 4 dəfə xahiş ediblər. Hər dəfə hesabın məbləği 20 manat azaldılsa da, yekun qiymət yenə də menyuda göstərilən rəqəmlərə uyğun olmayıb.

Tezadlar.az əlavə olaraq qeyd edir ki, xanımın nümayiş etdirdiyi son hesabda məbləğ menyudakı yeməklərin qiymətinə uyğun olaraq düzgün hesablanıb. Əvvəlkiləri isə…

https://www.instagram.com/reel/Deqm0-8gu6v/

axşam.az

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…