21 Oktyabr 2024 / 07:07

FƏTULLAH GÜLƏN KEÇİNDİ- TÜRKİYƏDƏ DƏFN EDİLMƏYƏCƏK!

Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.

Tezadlar.az xəbər verir ki, məlumatı “CNN-TÜRK” yayıb. F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər. Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu. Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir.

Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.

F.Gülənin yaxınları onun Türkiyədə dəfnini istəsə də, sonradan bu fikirdən daşınıblar. Onun ABŞ-da dəfn ediləcəyi bildirilir. Bu barədə sosial platformalarda da məlumatlar yayılıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!