Əsas məzmuna keç

“TÜRKİYƏNİNİ KEÇMİŞİNDƏ BELƏ BİR UTANC LƏKƏSİ GÖRƏ BİLMƏZSİNİZ” – ƏRDOĞAN

“İlin əvvəlindən indiyədək bəziləri qondarma lider səviyyəsində olmaqla təxminən 2 min terrorçunu zərərsizləşdirdik. Gecə qəfil gələ biləcəyimiz xəbərdarlığımız dünən olduğu kimi, bu gün də qüvvədədir”.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

“Terrorçular tökdükləri hər damla qana görə cavab verəcəklər. Son terrorçu məhv olana qədər sərhədlərimiz daxilində və xaricində bu mübarizəni davam etdirəcəyik. Onlar ölkəmiz üçün təhlükə mənbəyidir”,- deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı İsralin Qəzzaya hücumlarına da toxunaraq deyib:

“İsrail qadınları, uşaqları, qocaları, körpələri və yaralıları hədəf alır. Bu, barbarlıq və dövlət terrorudur. Dünya İsrailin xəstəxanalara hücumunu izləməyə davam edir.

Türkiyə olaraq Qəzzada axan qanı dayandırmaq üçün səfərbər olduğumuz bir vaxtda, Qərb ölkələrinin vicdansızlığını utancla izləyirik. Holokostun rüsvayçılığı Avropa liderlərini əsir etdi. İsrailin nə qədər çalışsa da, antisemit adlandıra bilməyəcəyi yeganə ölkə Türkiyədir. “Türkiyənin keçmişində belə bir utanc ləkəsi görə bilməzsiniz” .

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…