Əsas məzmuna keç

TÜRKİYƏ ÖLKƏYƏ GƏLƏN ZİYARƏTÇİLƏRDƏN 54,3 MİLYARD DOLLAR GƏLİR QAZANIB

  Türkiyə yanvar ayında 2 milyon 47 min 27 xarici ziyarətçi qəbul edib.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyənini Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Həmin məlumata görə, 2023-cü ili turizmdə rekordla bağlayan Türkiyədə yanvar ayında əvvəlki ilin eyni ayına görə xarici qonaq sayında 2,05 faiz artım olub. Belə ki, 2024-cü ilin yanvar ayında Türkiyəyə 2 milyon 47 min 27 əcnəbi gəlib.

  Türkiyə 2023-cü ildə 56,7 milyon qonaq və 54,3 milyard dollar gəlir əldə edib. Bir turistin gecəlik ortalama xərcləri 99 dollar olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…