8 İyun 2026 / 19:03

Türkiyə Azərbaycan–Ermənistan sülhünə dəstəyini bəyan etdi

Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.

Ankarada səsvermənin yekunlarını alqışlayıb və onun nəticələrinin erməni xalqının rifahına xidmət etməsini arzulayıblar.

“Ümid edirik ki, seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şərait yaradılacaq”, – Türkiyə XİN-dən vurğulanıb.

Həmçinin qeyd edilib ki, Türkiyə Cənubi Qafqaz dövlətlərinin ümumi maraqları əsasında regionda sabitliyin təmin olunması prosesini dəstəkləməyə davam edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!