Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Fevral 2026 / 19:40

Türkiyə təcrübəsi tətbiq olunur: etiketləmə qaydaları sərtləşdirilir

Azərbaycanda qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışı mərhələlərində təhlükəsizliyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qanunvericilik təşəbbüsləri hazırlanaraq hökumətə təqdim olunub.

Tezadlar.az xəbər veriri ki, bunu müsahibəsində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

Onun sözlərinə görə, layihələr Türkiyənin Ticarət Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanıb və qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğun şəkildə düzgün etiketlənməsini təmin etməyə yönəlib.

“Təşəbbüslər həmçinin saxta, təhlükəli məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınmasına xidmət edir. Bu yanaşma istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, eləcə də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcək”, – deyə sədr bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.-“Report”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!