Əsas məzmuna keç

Türkiyə və Böyük Britaniya arasında strateji tərəfdaşlığa dair rəsmi sənəd imzalanıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı İvett Kuper ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

“Hakan Fidan London səfəri çərçivəsində Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper ilə bir araya gəlib”, – XİN-in məlumatında bildirilib.

Görüş zamanı Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…