İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz aksiyalarda indiyə kimi 1 890 nəfər saxlanılıb. Onlardan 260-nın barəsində həbs qərarl çıxarılıb.
Tezadlar Haber- Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.
Nazir onu da əlavə edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”
Ölkədə siyasi qarşıdurmadan narahatlıq aydın hiss olunur.