Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2026 / 16:49

Türkiyədən Azərbaycana 20 min samuray arısı gətirilib

Zərərli qəhvəyi mərmər bağacığı (skunk/marmar böcəyi) ilə bioloji mübarizə aparmaq məqsədilə Türkiyədən Azərbaycana 20 min samuray arısı gətirilib.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi (TAGEM) ilə əlaqəli Qara Dəniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutunda istehsal edilən 20 min  samuray arısı bioloji zərərvericilərə qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycanda təbiətə buraxılıb.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, institutun sosial media hesabından verilən açıqlamada qəhvəyi qoxulu böcəyin geniş yayıldığı Zaqatala və Balakən bölgələrində bioloji zərərvericilərə qarşı mübarizəni dəstəkləmək üçün istehsal edilən 20 min samuray arısının təbiətə buraxıldığı bildirilir.

Aşıqlamada qeyd olunur ki, institutda çalışan kənd təsərrüfatı mühəndisləri Mustafa Kılıç, Damla Sağlam və Əşrəf Yavuz həmçinin Azərbaycana laboratoriyada samuray arılarının necə istehsal olunacağı barədə təlim keçiblər və əlavə ediblər: “Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı əməkdaşlığını gücləndirən bu iş, qəhvəyi mərmər qoxulu böcəyə qarşı bioloji mübarizənin geniş yayılmasına əhəmiyyətli töhfə verir, eyni zamanda davamlı kənd təsərrüfatı istehsalı məqsədlərini dəstəkləyir. TAGEM olaraq, bioloji mübarizə sahəsindəki biliklərimizi və tədqiqat infrastrukturumuzu beynəlxalq əməkdaşlıqlarla birləşdirərək davamlı kənd təsərrüfatına töhfə verməyə davam edirik.”

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!