21 Aprel 2026 / 17:52

Türkiyəli iş adamının yalanı ayaq tutdu, amma yeriyə bilmədi…

…Çünki o, «Bayram Yusifovun 25 milyonluq villasını mebellə təchiz etmişik, pulunu vermir”- deyərkən əvvəlcə bu borcun məbləğini sənədlərlə ortaya qoymalı, sonra danışmalı idi…

Türkiyəli iş adamı, Bakıda mebel istehsalı və quraşdırılması ilə məşğul olan N.Köse bir müddətdir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, ictimai xadim Bayram Yusifov haqqında videomüraciət yayaraq ictimai yanlışlıq məhsulu olan yalan xəbərlər istehsalı ilə məşğuldur. Ən pisi odur ki, bəzi elektron media əməkdaşları isə qarşı tərəfin ən azı mövqeyini dinləmədən bu videomüraciətin yayılmasına könül verməməli idilər. N.Köse isə kor tutduğunu buraxmayan kimi, elə hey deyir ki, B.Yusifovun ona külli miqdarda borcu var. Yaxşu, bu «külli miqdarda borc»un məbləği yoxdur?

***
Beləliklə, türkiyəli iş adamı kimi tanınan N.Köse deyir ki, Bayram Yusifovun Şıxovda yerləşən, guya 25 milyonluq (?) villası üçün «Massimo Group MMC”
şirkətindən mebel sifariş edib, şirkətin işçiləri də həmin villadakı otaqları mebellə təchiz edib… Və guya Bayram Yusifov indi pulunu ödəməkdən boyun qaçırır, guya vəzifəsindən istifadə edərək, hər cür bəhanələr gətirir, nəticədə, N.Köse isə 8 aydır pulunu ala bilmir və s.

Gəlirik mətləbə: N.Köse onu da bildirir ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edib, borcun miqdarının nə qədər olduğunu müəyyənləşdirmək qalır məhkəmənin qərarına.

Məsələ ondadır ki, əgər iş məhkəmə müstəvisindədirsə, əvvəlcədən mediada yanlış informasiyalar yaymaq, Ağsaqallar Şurasının sədr müavini haqqında mənfi imic formalaşdırmaqla barəsində həqiqəti əks etdirməyən məlumatları yaymaq nə deməkdir, bunda məqsəd nədir? Məhkəməyə, yoxsa borclu dediyi Bayram Yusifova təzyiq göstərmək???

***

Tezadlar.az əməkdaşları aydınlaşdırdı ki, tərəflərin arasında görülən xidmətlə bağlı müqavilə də var. Biz media olaraq məsələyə münasibət bildirilməsi üçün türkiyəli iş adamı N.Köse ilə əlaqə saxlamağa lüzum görmədik, çünki onun deyəsəkləri artıq mediada videomüraciət formasında yayılıb… Lakin B.Yusifovun hüquqi nümayəndəsi Akif Əliyevlə əlaqə saxladıq. Həmsöhbətimiz bəzi elektron media orqanlarının qarşı tərəfi dinləmədən, sənədlərlə tanış olmadan, faktiki halları dəqiqləşdirmədən türkiyəli iş adamı kimi özünü təqdim edən N.Kösenin əsassız fikirlərini yaymasını qarşı tərəfin böyük ictimai nüfuzuna ağır zərbə vurulması kimi dəyərləndirdi. Sitat: «…Azərbaycan cəmiyyətində böyük nüfuz və hörmət sahib olan Bayram Yusifovun şəxsiyyətinə yönəlmiş və bəzi KİV-lərdə yayılmış iddialarla bağlı, məsələnin aydınlaşdırılması və həqiqətin üzə çıxarılması məqsədilə tərəfimizdən məhkəməyə müraciət olunmuşdur… Bizim əsas niyyətimiz prosesin yalnız hüquqi müstəvidə, ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılmasıdır. İnanırıq ki, məhkəmə araşdırması nəticəsində bütün həqiqətlər üzə çıxacaq və məsələyə düzgün hüquqi qiymət veriləcək. Bu baxımdan, media subyektlərinin nümayəndələrinin də prosesi izləməsi və baş verənləri olduğu kimi, qərəzsiz şəkildə ictimaiyyətə çatdırması vacibdir. Odur ki, məsələnin hüquqi müstəvidə həlli tapılana qədər birtərəfli qaydada ittiham və iddialara yol verilməməsini rica edirik. Əks halda, Bayram Yusifov kimi böyük ictimai nüfuz sahibinin şəxsiyyətinə və fəaliyyətinə yönəlmiş məlumatları tirajlayan media subyektləri ilə  hüquqi dildə danışmaq məcburiyyətində qalmalı olacağıq…».

Sitatın sonu.

Təqdim etdi: SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!