Əsas məzmuna keç

“Türmə”nin damı uçdu-məhbus öldü!

Dünən Qaradaş rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Sorğuya cavabda deyilir ki, dünən-  iyunun 1-i saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib. Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…